Modern.az

Heydər Əsədovla Pənah Hüseyn GÖRÜŞÜB

Heydər Əsədovla Pənah Hüseyn GÖRÜŞÜB

17 Avqust 2017, 11:38

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynlə hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində eyni vaxtda təhsil alıblar.

 

Maraqlıdır, Pənah Hüseyn universitet yoldaşı Heydər Əsədovla görüşürmü?

 

Məsələ ilə bağlı Pənah Hüseyn Modern.az-a açıqlama verib.

 

Pənah Hüseyn deyib ki, universitetdə təhsil alan zaman aspirant yoldaşları olub və onların vasitəsilə 1-2 dəfə Heydər Əsədovla görüşüb.

 

“Heydər Əsədovla mən Moskva Dövlət Universitetinində ayrı-ayrı fakültədə təhsil almışıq. Səhv etmirəmsə Heydər Əsədov iqtisadiyyat ya da maliyyə üzrə təhsil alırdı.

 

O zaman aspirant yoldaşlarımız olub və onların vasitəsilə 1-2 dəfə Heydər Əsədovla görüşmüşəm. Universiteti  bitirdikdən sonra isə Heydər Əsədovla mən deputat olan zaman görüşmüşəm. O zaman Heydər Əsədov Hesablama Palatasının sədri olub. Onunla Milli Məclisdə görüşmüşəm”.

 

Sabiq baş nazir bildirib ki, hazırda Heydər Əsədovla şəxsi münasibətləri yoxdur.

 

“Mənim Heydər Əsədovla heç zaman şəxsi münasibətim olmayıb. Hazırda da Heydər Əsədovla heç bir əlaqəm yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi