Modern.az

Bakıda müəllimlər üçün ixtisasartırma kursları təşkil olunacaq

Bakıda müəllimlər üçün ixtisasartırma kursları təşkil olunacaq

Aktual

17 Avqust 2017, 12:06

“Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq  qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək”.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda belə deyilib.

Bildirilib ki, pproqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

 

 “Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək.

Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında  ən geniş yayılmış nitq qüsuru - dislaliya  haqqında geniş bilikləri əks etdirir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır