Modern.az

Sevinc Fətəliyeva üçün özəl gün

Sevinc Fətəliyeva üçün özəl gün

Aktual

17 Avqust 2017, 12:11

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın doğum günüdür.

 

Sevinc Fətəliyeva 17 avqust 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Sevinc Fətəliyeva 1986-cı ildə Səbail rayonu 160 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub və 1996-cı ildə həmin məktəbi bitirib. Daha sonra o, həmin ildəcə Azərbaycan Dillər Universitetinin "tərcümə" fakültəsinə daxil olub və 2000-ci ildə həmin universiteti bitirib. 2000-2002-ci illərdə isə həmin universitetdə magistr pilləsində təhsil alıb. 2003-cü ildən Bakı Slavyan Universitetində (BSU) çalışan Sevinc Fətəliyeva 2006-cı ildən "İngilis dili filologiyası" kafedrasının müdiri vəzifəsində çalışır və filologiya elmləri namizədidir.

 

Sevinc Fətəliyeva 2010-cu il 7 noyabrda baş tutan IV çağırış Milli Məclisə seçimlərə qatıldı. 30 saylı Suraxanı birinci Seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi olan xanım Fətəliyeva səslərin 68.62 faizini (5 571 səs) topladı və səkkiz namizəd sırasında birinci yeri tutaraq Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi. 31 yaşında parlamentə mandat alan Sevinc Fətəliyeva Azərbaycanda tarix ərzində seçilən ən gənc deputat oldu.

Sevinc Fətəliyeva 2010-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini olub.

Elə 2010-cu ildə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan Sevinc Fətəliyeva 2012-2013-cü illərdə MDB Parlamentlərarası Gənclər Assambleyasının 1-ci əlaqələndiricisi olub.

 

2014-cü ildə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyevanın müavini təyin olunan Sevinc Fətəliyeva 2015-ci ildən AŞPA-nın Avropa sosial xartiyası üzrə Alt-Komitəsinin sədr müavini və AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi vəzifəsində çalışır.

 

Sevinc Fətəliyeva 2015-ci il 1 noyabrda baş tutan V çağırış Milli Məclisə seçimlərə qatıldı. Beş il bundan əvvəl olduğu kimi yenə 30 saylı Suraxanı birinci Seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi olan xanım Fətəliyeva bu səfər səslərin 71.50 faizini (9 522 səs) topladı və beş namizəd sırasında yenə birinci yeri tutaraq ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi.

 

Sevinc Fətəliyeva 2015-ci ildən Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

Ailəlidir, bir oğlu və bir qızı var.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir