Modern.az

"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutuldu

"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutuldu

17 Avqust 2017, 13:47

Paytaxtda “Milli Ön” ödəmə terminalından pul oğurlayan qrupun digər üzvü də tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş, Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır