Modern.az

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest

17 Avqust 2017, 14:03

Azərbaycan Kooperasiya Universiteti ölkənin ali təhsil müəssisələrindən bu universitetə köçürülən tələbələrə təhsil aldıqları ixtisas üzrə illik təhsil haqqına 20% güzəşt tətbiq edəcək.

 

Bu barədə Kooperasiya Universitetindən Modern.az-a verilən məlumatda deyilib. Bildirib ki, eyni zamanda köçürülən tələbələr üçün illik təhsil haqqının il ərzində mərhələli şəkildə, yəni hissə-hissə ödənilməsinə zəmanət verilir.

 

Qeyd edək ki, Kooperasiya Universitetində 19 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara da ölkənin digər ali təhsil müəssisələrindən 22 avqust 2017-ci il tarixinədək transfer.edu.az saytı vasitəsilə köçürülmə üçün elektron müraciət etmək olar. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi