Modern.az

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

17 Avqust 2017, 14:51

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi davam edir.

 

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin Simulyasiya Akademiyası” layihəsinin əsas məqsədi – ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir.

 

 Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət  gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etməkdən ibarətdir

 

Layihə çərçivəsində təlimçilər- Aydan Əsgərovanın təqdimatında “İnnovasiya”, Orxan Şahbazlının təqdimatında “Komanda quruculuğu və motivasiya” təlimləri keçirilib. İştirakçılar təlim mövzuları haqqında ətraflı məlumat əldə ediblər. Gənclər 13-17 avqust tarixlərində ardıcıl olaraq həyata keçirilən təlim və komanda işlərində iştirak edərək müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

 

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, “Gənclərin Simulyasiya Akademiyası” layihəsi 24 avqust tarixinədək davam edəcəkdir.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir