Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.
Belə ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Modern.az saytı hadisənin təfərrüatlarını öyrənmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə yaradıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, qeyd edilən hadisə yeni deyil:
“Bu məsələ 2-3 həftə bundan qabaq baş verib. İki məhkum arasında olan davadır. Ola bilsin ki, məişət zəmnində baş verib. Hazırda bununla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.