Modern.az

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT

Aktual

17 Avqust 2017, 14:58

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.

 

Belə ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

 

Modern.az saytı hadisənin təfərrüatlarını öyrənmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə yaradıb. Qurumun  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Mehman Sadıqov bildirib ki, qeyd edilən hadisə yeni deyil:

 

“Bu məsələ 2-3 həftə bundan qabaq baş verib. İki məhkum arasında  olan davadır. Ola bilsin ki, məişət zəmnində baş verib. Hazırda bununla bağlı araşdırma aparılır”.

 

Qeyd edək ki, məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür