Modern.az

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə

Aktual

17 Avqust 2017, 15:08

Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün sərfəli smartfon kampaniyalarını davam etdirir.  İndi Azercell ailəsinin üzvləri 17.08.2017-ci il tarixindən etibarən 4G-dəstəkli LG FLEX 2 smartfonunu inanılmaz sərfəli qiymətlərlə əldə edə bilərlər.  

 

Belə ki, yeni smartfon kampaniyası çərçivəsində abunəçilər LG FLEX 2  telefonuna 50% ENDİRİMLƏ aylıq cəmi 45AZN-dən başlayan ödənişlə sahib olmaq imkanı qazanırlar.  Yeni telefonla yanaşı abunəçi  LG W100 qol saatı HƏDİYYƏ, 12 aylıq 5GB, 10GB və ya Limitsiz (50GB) Mobil İnternet paketlərindən faydalanmaq şansı əldə edir.

 

Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər.

Azercell-in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil internet və sərfəli danışıq imkanı qazanın.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür