Modern.az

Gədəbəydə peşə kursları təşkil edildi

Gədəbəydə peşə kursları təşkil edildi

17 Avqust 2017, 15:51

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsi və Təlimi ictimai birliyi Gədəbəy rayonunda yaşayan aztəminatlı gənclər üçün ingilis dili və turist bələdçisi (gid) ixtisası üzrə kurslar təşkil edib.

 

Bu barədə təşkilatın sədri Elnurə Əsgərova məlumat verib.

 

O  bildirib ki, Gədəbəy rayonunda yaşayan yeniyetmə və gənclər arasında müasir tələblərə uyğun peşə vərdişlərinə yiyələnməki istiqamətində gənclərin imkanları bir qədər məhduddur.

 

“Orta təhsil məktəblərində qeyd edilən problemlərin həlli istiqamətində müəyyən işlər aparılsa da bütövlükdə problemın köklü aradan qaldırılmasına kifayət etmir.

 

Məsələnin həlli üçün davamlı kompleks yanaşma tələb edilir. Nəzərə alsaq ki, Gədəbəy rayonu təbii və mədəni-tarixi abidələri ilə zəngin olan bölgələrimizdən biridir.

Burada turizmin müxtəlif sahələri üzrə imkanların geniş olması, imkan verir ki, yeniyetmə və gənclərimiz bu üstünlüklərdən maksimum dərəcədə yararlansınlar.

 

Hesab edirik ki, bunun üçün rayon gənclərinə ilk növbədə xarici dil və turist bələdçisi (gid) ixtisası üzrə kurslar təşkil edilməlidir. Bu vasitə ilə gənclərin məşğulluq probleminin həlli istiqamətində əməli tədbir görülmüş olar. Nəticədə regionda sosial-iqtisadi vəziyyətin gücləndirilməsinə, əhalinin məşqulluq problemlərinin həllinə təkan verə bilər”.  

 

E.Əsgərova bildirib ki, bu layihə yerli gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi, gənclərin sosial məsələlərin həllinə cəlb edilməsi, gənclərin məşğulluq məsələlərinin həllinə yardım göstərmək, rayonun turist potensialının təbliğ edilməsi, rayonda daxili və xarici turizmin inkişafına kömək etmək, rayon əhalisinin gəlirinin artmasına yardım etmək kimi prioritet məsələləri əsas vəzifə kimi qarşıya qoyur.

 

Məlumat üçün bildirək ki, kursları bitirən 60 nəfər iştirakçıya sertifikatlar Gədəbəyin millət vəkili Sevinc Hüseynova tərəfindən verilib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır