Modern.az

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək

17 Avqust 2017, 18:45

Bu gün kənd təsərrüfati naziri Heydər Əsədov “JOHN DEERE” şirkətinin  MDB ölkələri üzrə direktoru cənab Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi  Maximilian Pauge  ilə görüşüb.Görüşdə əsas məqsəd  “JOHN DEERE” şirkəti ilə Kənd Təsərrüfati Nazirliyi arasinda əməkdaşliq istiqamətləri haqqinda müzakirələrin aparilmasi olub.  Qonaqlari səmimi salamlayan nazir Heydər Əsədov  “JOHN DEERE” şirkəti iləəməkdaşliğa böyük önəm verdiyini , bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlarin olduğunu nəzərə çatdirib.

 

Görüşdənazir Heydər Əsədov “JOHN DEERE” şirkətini ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə təhsil sahəsində işçi qrupunun yaradılmasını ,həmçinin işçi qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin , Təhsil Nazirliyinin, “JOHN DEERE” şirkətinin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd ,yeni texnika və texnalogiyalarla tanış olmaq,bu sahədə  maarifləndirmə işlərini aparmaq ,eyni zamanda  tədrisə təlabatın müəyyənləşdirilməsi,  uzumüddətli tədris planının hazırlanması və qısa zamanda  işçi qrupu təsdiq edildikdən sonra  sentyabr ayında plana əsasən ilk toplantısının  keçirilməsidir.

 

Nazir ,həmçinin “JOHN DEERE” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda ,pambıq yığımı mövsümünün başlanmasına qədər pambığyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir  texnikaların  alınması barədə də fikir mübadiləsi aparıldı.

 

“JOHN DEERE” şirkətinin  MDB ölkələri üzrə direktoru cənab Dirk Strattman səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığına önəm verdiyini bildirib.Qeyd edib ki, “JOHN DEERE” şirkətinin pambıqyığan  kombaynları MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycanaən ucuz qiymətə satılır.CənabDirk StrattmanAzərbaycan  torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədi ilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!