Modern.az

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib

17 Avqust 2017, 21:59

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

Məlumata görə ailənin iki övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

21:45

 

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

 

18:49

 

Göygöldə iki qadın qətlə yetirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

 

Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir