Modern.az

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB

17 Avqust 2017, 21:07

İspaniyanın Barselona şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 80 nəfər yaralanıb.

 

20:43

 

Barselonada törədilən terror aktında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Yaralılar arasında ağır vəziyyətdə olanların olması ölü sayının artmasını istisna etmir.

Yayılan bəzi məlumatlara görə, Barselona şəhərində iki silahlı restoranlardan birinə soxulub.

 

20:02

 

İspaniyada mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində xeyli insan xəsarət alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Barselona şəhərində qeydə alınıb. Məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir