Modern.az

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO

17 Avqust 2017, 22:57

Barselonada terror aktı törətməkdə şübhəli bilinənlərdən biri öldürülüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, digər şübhəli isə saxlanılıb.

Məlumata görə, bundan əvvəl yük maşınını piyadaların üzərinə sürən sürücünün kimliyinin məlum olduğu bildirilmişdi.   

 

Sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb. Onun Melilye şəhərində anadan olduğu və Ripol rayonunda yaşadığı qeyd olunur.

Polis hazırda saxlanılan şəxsin sosial şəbəkələrdəki əlaqələrini araşdırır. 

 

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.

 

Polis, həmçinin, sürücünün və digər silahlı şəxsin insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürdüyü barədə yayılan xəbərləri təkzib edib.

 

22:13

 

Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror aktını Drisse Oukabir adlı şəxs törədib. Barselonada terror aktında şübhəli bilinən şəxs artıq saxlanılıb.

 

Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.

Qeyd edək ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı