Modern.az

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü

17 Avqust 2017, 23:37

Bu gün müasir Azərbaycan ədəbiyyatının ən güclü nasirlərindən olan mərhum Xalq şairi Yusif Səmədoğlunun ölümündən 19 il keçir. Mərhum yazıçı 1998-ci ilin bu günündə dünyaya əbədi gözlərini yumur. Lakin o tək-tük yazıçılardan oldu ki, ölümündən sonra özündən yadigar onlarla mükəmməl hekayə və bir şedevr roman nümunəsi qoya bildi.

DOSYE:

Yusif Səmədoğlu 1935-ci ildə Bakıda  anadan olub. 1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında ədəbi işçi, nəsr şöbəsinin müdiri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz jurnalının baş redaktoru,  "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib.

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifidir.

Modern.az mərhum yazıçının anım günündə ona aid bir faktı oxucuların diqqətinə çatdırır: 

 

 

Azərbaycan ədəbiyyatının şedevr romanlarından sayılan Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında çəkilən film həqiqətən, əzablı yollardan, acınacaqlı taledən keçib.

1984-cü il.... Hələ ki, hər  şey yaxşıdır, dünyanın da düz vaxtıdır. Belə zamanda “Azərbaycan” jurnalında romanı oxuyan rejissor Gülbəniz Əzimzadə özünü saxlaya bilmir, mütaliəni bitirər-bitirməz Yusif Səmədoğluna zəng vurur və romanın motivləri əsasında film çəkmək istədiyini bildirir. Yusif Səmədoğlu buna razı olur. Onlar görüşür və film üçün ssenari yazırlar. Moskvadan icazə alınandan sonra Mərkəz onların qarşısına bir şərt qoyur: yalnız orta əsrlərə aid olan dövr çəkilməlidir.  Razılaşmaya əsasən, ssenarini də yazıçının özü yazmalı olur. Rejissor maddi çətinlikləri gözə alaraq, 2 il həmin ssenarinin yazılmasını gözləyir.

 

 

Y.Səmədoğlu ssenarini hazırlayandan sonra yenidən  onu Moskvaya göndərirlər. Bu dəfə isə vəziyyət tam fərqli idi. 1986-ci ilin məşhur hadisələri baş vermiş və bu bütün qurumlarla yanaşı, Moskva Dövlət Kino İdarəsinə də təsir etmişdi. Əvvəlcə rejissor və ssenariçidən üç dövrdən bəhs edən əsərdə yalnız orta əsrlərə aid hissənin ssenaridə saxlanmasını tələb edən idarə dəyişiklikdən sonra bunun əksini istəyir. Yusif Səmədoğlu məcburən bir il də yeni ssenari üzərində çalışır. Hazır olandan sonra yenidən Mərkəzə göndərilən ssenaridə bu dəfə də dəyişikliklərin edilməsini istəyirlər.  Lakin Yusif Səmədoğlu artıq üzərində iki dəfə üst-üstə 3 il işlədiyi ssenariyə üçüncü dəfə baxmaq belə istəmir. Çünki vaxtın yetməyəcəyini bilirdi. Adətən, çox ağır və ciddi işləyən yazıçı yeni versiyanın ən azı 1 il aparacağını bilirdi. Nəticədə, rejissor özü ssenarini hazırlayır və hər axşam telefonla etdiyi dəyişiklikləri yazıçıya oxuyur.

 

 

Bu fakt kifayətdir ki, möhtəşəm roman əsasında çəkilən “Qətl günü” filminə nə dərəcədə mənfi təsirlər olduğunu anlayaq. Lakin bu da hələ son deyildi. Bir ildən sonra başı-bəlalı ssenari Azərbaycanfilm Kinostudiyasının rəhbəri Ramiz Fətəliyevə təqdim edilir. Lakin direktor müəyyən səbəbdən filmin bir ildən sonra çəkiləcəyini bildirir. Beləcə, 1984-cü ildən başlanan işlər yalnız 1989-cu ildə praktiki olaraq həyata keçməyə başlayır. Həmin ildə də həm ölkədə, həm ittifaqda nə kimi dəyişiklərin olduğunu, həyatın necə dəyişdiyini deməyə bir o qədər də ehtiyac yoxdur. Ən mədəni tərzdə deyə bilərik ki, o zaman nə kəfənlənməkdə olan SSRİ-ni, nə də ağır durumda qalan Azərbaycanı kino maraqlandırmırdı. Amma yaradıcı heyət işindən qalmır. Başda əsas rolun ifaçısı Hamlet Xanızadə olmaqla hamı çəkilişlərdə canla-başla iştirak edir. Lakin yeni qədəm qoyan 1990-cı il bütün Azərbaycanla bərabər, filmin taleyinə də zərbə vurur.

 

N.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir