Modern.az

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü

18 Avqust 2017, 00:33

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobillə vurulan piyada reanimasiya şöbəsində ölüb.  Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində 2005-ci il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu Bakı şəhər sakini, Elmar Cəbrinin idarə etdiyi “Tavriya” markalı “10 LH 551” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı uşaq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir