Modern.az

Barselona terroru - yeni DETALLAR

Barselona terroru - yeni DETALLAR

18 Avqust 2017, 08:54

İspaniyanın Barselona, Kambrils və Alkanar şəhərlərində baş verən terror aktları ilə təxmini 6-8 nəfərin əlaqəsi olub.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. 

 

Məlumata görə, Kambrilsdə hücum törədən 5 terrorçu zərərsizləşdirilib. Onların üzərində "şəhid kəməri" olduğu bildirilib.

 

Qeyd edək ki, Barselonada naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 119 nəfər isə xəsarət alıb. Məlumata görə İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

Kambrils şəhərində isə terror aktı 7 nəfərin yaralanmasına səbəb olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı