Modern.az

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?

18 Avqust 2017, 09:04

“Yaşar və Şahlar  yavaş-yavaş böyüyürlər. Şükürlər olsun ki, nəvələrimin səhhəti normaldır. Hər birimiz uşaqlara diqqət və qayğı göstəririk. Onları hər dəfə qucağıma alanda Şahları xatırlayıram. Təbii ki, bir ata olaraq gözlərim dolur”.

 

Bu sözləri Modern.az-a açıqlamasında bu il fevralında Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun atası Yaşar Nəzərov deyib.

 

Əkizlərin babası deyir ki, uşaqların gecələr narahatlığı olur.

 

“Əkiz uşaqlardır. Hələ körpədirlər. Ona görə də bəzən səhərə qədər oyaq olurlar. Biz də onların qayğısına qalırıq. Körpə olduqlarından bir müddət bu hal davam edəcək. Onlar yuxusuz qalanda biz də yuxusuz qalırıq. Əsas odur səhhətlərində ciddi problem yoxdur”.

 

Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb.

 

Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şəhidin 2 əkiz oğlan övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı