Modern.az

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 

18 Avqust 2017, 09:09

Məlumdur ki, metro şəhərlilərin həyatında əvəzsiz nəqliyyat vasitəsinə çevrilib. Artıq bir çoxları fərdi minik vasitələrindən imtina edir, gündəlik yaranan tıxaclardan canlarını qurtarmaq, vaxta qənaət etmək üçün metroya enir. Ona görə də hazırda metrodan istifadə edən sərnişinlərin sayı çoxdur.

 

Digər tərəfdən yay fəsli olduğu üçün isti havalar yeraltı dünyaya da təsir edib. Bu səbəbdən metronu hamama bənzədənlər, bundan şikayət edənlər az deyil.

 

Üstəlik sərnişin sıxlığı da bu işin duzu-bibəri olur. Düzdür, kondisionerli metro qatarlarının fəaliyyət göstərdiyini bilirik. Amma bu cür qatarlara minmək  necə deyərlər, hər kəsə nəsib olmur. Qatarlardan hansısa biri bəxtinə düşə, ya düşməyə...

 

Bu baxımdan maraqlıdır, yeni kondisionerli metro qatarlarının gətirilməsi gözlənilirmi?

 

“Bakı Metropoliteni” QSC-ninn mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, hazırda 3 kondisionerli qatar mövcuddur. Onun sözlərinə görə hələki yeni qatarların gətirilmə ehtimalı yoxdur:

 

“Kondisionerli qatarların gətirilməsini hələki planlaşdırmırıq. Hazırda kifayət qədər qatarımız var. Bu qatarlar istifadə müddətini başa vurandan sonra  gələcəkdə onların yerinə yenilər alına bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir