Modern.az

Ombudsman Emin Milli və Adnan Hacızadənin məsələsi barədə

Ombudsman Emin Milli və Adnan Hacızadənin məsələsi barədə

16 Noyabr 2009, 16:57

Modern.az  Ombudsman Elmira Süleymanovadan Səbail Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhruim edilən gənc fəallar Emin Milli və Adnan Hacızadənun məsələsinə münasibət öyrənməyə çalışıb. Lakin İnsan Hüquqları üzrə Müvəkkil saytımıza açıqlamasında bu barədə geniş danışmaq istəməyib: “Məsələ beynəlxalq təşkilatların da, bizim də diqqətimizdədir. Hansı hərəkət olacaqsa, o haqda məlumat veriləcək”. Xatırladaq ki, gənc bloqçular Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. Səbail Rayon Məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin 2 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir