Modern.az

Çinli blogerlər Azərbaycan turizmini təbliğ edir

Çinli blogerlər Azərbaycan turizmini təbliğ edir

18 Avqust 2017, 12:22

Avqustun 15-dən 20-ə qədər Milli Turizm Təbliğat Bürosu, Çin Hava Yolları, “Hertz Azerbaijan” və “My Way Travel” şirkətlərinin dəstəyi ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib.



Səfərin məqsədi Azərbaycan turizm potensialını nümayiş etdirərək ölkəmizi yeni hədəf bazarlarında tanıtmaq və daha çox turist cəlb etməkdir.

Azərbaycanda olduqları dövrdə qonaqlar Bakının və regionların gözəl guşələrini, əlamətdar və tarixi yerlərini gəzəcək, milli təamlardan dadacaq, adət-ənənələrlə tanış olacaqlar.



Çinli jurnalist və bloqerlər ölkəmizlə tanış olarkən sosial media vasitəsilə birbaşa efirə çıxır, çoxsaylı izləyiciləri ilə fikirlərini bölüşürlər. Azərbaycan haqqında sosial mediada yayımlanan bu efirlər və yazılan statuslar Çində böyük maraq ilə qarşılanır.

Milli Turizm Təbliğat Bürosu turizmin inkişafı və ölkəyə turist axının artmasına yönəldilən müxtəlif layihələrə dəstək olur, xüsusi tədbirlər həyata keçirir.



Qeyd edək ki, 2016-cı ildə xarici ölkələrə gedən Çinli turistlərin sayi 135 milyon olub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər