Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

18 Avqust 2017, 13:09

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

 

Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

 

Avqustun 21-dək Abşeron yarımadasında bəzi saatlarda havada rütubətliyin bir qədər çox olmasına baxmayaraq, sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Rayonlarda əsasən yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı