Modern.az

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

18 Avqust 2017, 17:23

Siyavuş Novruzov: "Elə siyasi partiyalar var ki, onların sırasında hərbi xidmət keçməyən şəxslər var".

 

Dünya ölkələrində belə bir praktika var ki, iqtidar və müxalifət partiyaları birlikdə cəbhə bölgəsinə səfərlər təşkil edirlər. Gərginliyin hökm sürdüyü ərazilərdə sakinlərlə, hərbçilərlə görüşlər keçirirlər.

 

Azərbaycanda iqtidar və müxalifət partiyaları birlikdə cəbhə bölgəsinə səfərlər edə bilərmi?

 

 

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlama verib.

S. Novruzov bildirib ki, siyasi partiyaların cəbhə bölgələrinə getməyinə ehtiyac yoxdur.

 

“Siyasi partiyalar Azərbaycan ordusuna və Silahlı Qüvvələrinə diqqət göstərməlidir. Onlar haqqında yayılan yalan məlumatların qarşısını almalıdırlar. Əfsuslar olsun ki, bəzi erməni qüvvələrinə işləyən Azərbaycanda partiyalar var ki, ordumuz və əsgərlərimiz haqqında həqiqəti əks etdirməyən, yalan xəbərlər yazırlar. Onlar bunu etməklə ordumuzu nüfuzdan salmaq istəyirlər.

 

Elə siyasi partiyalar var ki, onların sırasında hərbi xidmət keçməyən şəxslər var. Həmin şəxslər gedib cəbhə bölgəsində nə edəcək ki? Sadəcə olaraq siyasi partiyalar cəmiyyət içərisində düzgün təbliğat aparmalıdırlar”.

 

Komitə sədri qeyd edib ki, bütün dünyada orduya ictimai nəzarət forması var.

 

“Amma bu o halda olur ki, ölkədə döyüşlər getmir. Məsələn, Əfqanıstanda olan ABŞ ordusuna hər hansı bir siyasi partiyalar nəzarət edirmi?! Xeyr. Orduya ictimai nəzarət dinc dövr olan yerlərdə olur. Ordu qapalı təşkilatdır.

 

Ora kimsə gedib, nəzarət edə, silahlarla tanış ola bilməz. Amma bizim Qarabağ, Əfqanıstan, Böyük Vətən Müharibəsi Veteranları, ehtiyyatda olan zabitlər mütəmadi olaraq cəbhə bölgəsinə gedirlər, görüşlər keçirirlər. 

Həmçinin YAP aprel döyüşlərində yaralanan, şəhid olan şəxslərin ailələri üçün yay istirahəti təşkil edir. Bu ənənə artıq 2 ildir ki, var. YAP bunun üçün öz büdcəsindən vəsait ayırır. Gələcəkdə həmin insanların özlərinin və ya ailə üzvlərinin müalicə olunması istiqamətində işlər görülməsi planlaşdırılır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...