Finlandiyada bıçaqla sılahlanan şəxs insanlara hücum edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana xəsarət yetirib. Hadisə nəticəsində 2 nəfər ölüb, azı 8 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin terror aktı olub-olmaması araşdırılır.
Modern.az