Modern.az

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

18 Avqust 2017, 21:40

Barselonada terror aktında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb. Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır