Modern.az

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

18 Avqust 2017, 21:42

Qaraciyər insanın normal həyat fəaliyyəti üçün ən mühüm orqanlardan biridir. Orqanizmdə 500-dən artıq funksiyanı həyata keçirən bu orqanın normal fəaliyyəti üçün onun mütəmadi olaraq yoxlanılması sağlamlıq üçün olduqca vacibdir. Qaraciyərinizin hansı vəziyyətdə olduğunu bilmək üçün həkimə getməkdə tənbəllik edirsinizsə ev şəraitində çox adi bir testdən keçərək həyati vacib olan bu orqan haqqında ilkin təsəvvür əldə edə bilərsiniz.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Aşağıda sizə təqdim olunan 16 sualı cavablandırın. “Hə” cavabını 5 bal, “yox” cavabını 1 bal qiymətləndirin.

1. Dilinizin üst səthində sarı ərp yaranır?

2. Üzünüzün rəngində solğunluq hiss edirsiniz?

3. Yağlı yeməkləri çətin həzm edirsiniz?

4. Sağ qabırğaaltı nahiyədə ağrılar olur?

5. Allergiyaya meyllisiniz?

6. Yorulma və əsəbilik tez-tez olur?

7. Ağzınızda açı dad hiss edirsiniz?

8. Artıq çəkidən əziyyət çəkirsiniz?

9. Gözlərinizin ağı sarımtıl rəngə çalır?

10. Saçlarınız tez çirklənir?

11. Dəriniz çox yağlı, yaxud çox quru olur?

12. Dərinizdə ləkələr yaranır?

13. İştəhanızdan şikayətlənirsiniz?

14. Antibiotiklərlə tez-tez müalicə alırsınız?

15. Spirtli içkilərdən müntəzəm istifadə edirsiniz?

16. Yuxunuzda problemlər var?

Əgər toplanan ballar 25-ə qədərdirsə, sizin qaraciyəriniz normal vəziyyətdədir. Bu sizin düzgün qidalanma və sağlam həyat tərzi keçirməyinizin nəticəsidir.

Balların sayı 26-50 arasındadırsa, bu artıq xəbərdarlıqdır ki, qaraciyərinizin normal fəaliyyəti üçün qida rasionunuzda və həyat tərzinizdə dəyişiklik edəsiniz.

Əgər toplanmış ballar 51-80 arasındadırsa, ləngimədən həkimə müraciət etməyiniz və ciddi müalicə almağınız vacibdir.

Sağlamlığınızın qayğısına vaxtında qalın ki, problemlərin həlli asan olsun.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır