Modern.az

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

18 Avqust 2017, 22:09

Paytaxtda ictimai nəqliyyatda görünməmiş hadisə baş verib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, baş verən hadisə bütün çərçivələrdən kənara çıxır. Hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib.

Aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir.

Ümid edir ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır