Modern.az

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

18 Avqust 2017, 22:48

Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Finlandiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, polis baş vermiş insidenti terror aktı kimi qiymətləndirmir: "Buna baxmayaraq, polis və Sərhəd xidməti bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib”.

Qeyd edək ki, bu axşam Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib. İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis tərəfindən yaxalanan cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir