Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

18 Avqust 2017, 23:25

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 52,88 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 52,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 17-də 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 17-də 50,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...