Modern.az

Paytaxtda restoran yanıb

Paytaxtda restoran yanıb

Aktual

19 Avqust 2017, 01:09

Paytaxtda restoranda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 200 kvadrat metr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadrat metr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları yanıb. Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır