Modern.az

Səbail icra hakimiyyəti Aslan İsmayılovu saxtakarlıqda ittiham etdi 

Səbail icra hakimiyyəti Aslan İsmayılovu saxtakarlıqda ittiham etdi 

Aktual

19 Avqust 2017, 11:57

Səbail Rayon İcra Hakimiyyəti hüquqşunas Aslan İsmayılov tərəfindən Bayıl yamacında park salma ilə bağlı apardığı kampaniyaya, bununla bağlı paylaşdığı videomüraciətə aydınlıq gətirib.  

 

Modern.az-ın xəbərinə görə, Səbail icra hakimiyyəti tərəfindən yayılan məlumatda hüquqşünas saxtakarlıqda ittiham edilir.

 

“Hörmətli media nümayəndələri, bildiririk ki, sözügedən məlumat Səbail Rayon İcra Hakimiyyətində böyük təəccüb doğurub”-deyə icra hakimiyyəti bəyan edib.

 

Qeyd olunub ki, Aslan ismayılov vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir.

“Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı İlham Əliyevin tərəfindən Şıx yamacından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verib.

 

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq göstərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir.

 

Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir.

 

Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulub və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işlər gedir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır