Modern.az

Bizi təəccübləndirən möcüzə  

Bizi təəccübləndirən möcüzə   

Ədəbi̇yyat

19 Avqust 2017, 13:07

Aysel Fərziyeva,
ADU-nun tələbəsi

 


Biz özümüzün möcüzə olduğunu bilirik, lakin bunu bizi təəccübləndirən möcüzə kimi qəbul etmirik. Bizə nağıllarda, bədii əsərlərdə, filmlərdə tanış olduğumuz möcüzələr daha maraqlı gəlir; göydən üç almanın düşməsi, gül qönçəsinin gözümüzün önündə ləçək açması, heyvanın insan kimi danışması...

Bizə insan cismi möcüzə gəlmir. Toxunduğumuz zaman hiss edə bilməyəcəyimiz insan ruhunun gözümüzə görünməsi möcüzə gəlir. Özünü bəd əməlli insanlarda göstərən şeytanın varlığına inanmayıb, gerçək şeytanın necə olduğunu görmək təəccübləndirir.

Biz qəlbimizlə danışmağı möcüzə qəbul etmir, tanrının uca səslə danışacağı günü möcüzə qəbul edirik. Bizim bütün yaxşı və pis əməllərimizin ilk dinləyicisi olan qəlbimizə etdiyimiz etirafı unudub, kilsələrdə gedib tanrı sandığımız bütlərə verdiyimiz sirri etiraf sanırıq. Biz ateistləri cəmiyyət içində tənqid edib də, beynimizdə dəfələrlə tanrı varmı sualını özümüzə verib, onun varlığını şübhə altına alan bəndələrik. Əgər buna şübhə ilə yanaşırıqsa, demək bizim ən böyük möcüzə olan düşüncəmiz var. Tanrı elə bunun özü deyilmi? Düşünən beynimiz, sevən qəlbimiz.

 

             
Açıq qapı

Tanımıram mən səni heç.

Baxışın yad, gülüşün yad, 

mənə görə varlığın yad.

"Köhnə tanış"

Bəlkə elə belə qalaq?

Yeni mühit, yeni dostlar.

Qarşılaram yeni yaşı.

Bu insan kim?

Bu insan yad!

Deyirsənki vaxt  var idi

o eləydi, bu beləydi.

Bacarırsan yaşat məni o zamanda.

Bacarmazsan, bacarmadın sən o anda.

Səbəb?

O vaxt yoxdur indi.

Mənimsəyə bilməmisən o vaxtımı.

Köhnə tanış, yaddaşımı çox da yorma.

Bu ki sənin xatirəndir.

Mənim olsa, bu an yaddaş yorulmazdı keçmişlərdə.

Söylə mənə köhnə tanış

Nəyə gərək unutduğun xatirəni mənim kimi yad insanda axtarmağın?

Nəyə gərək uzun zaman görmədiyim,

gördüyüm an, gözlərimi qıydıran,

yaddaşımı aşırı yoran, 

xatirə yox keçmiş olan o insanlar...?

Köhnə tanış, keçmiş olmaq çox asandır.

Hər döyüntü, hər saniyə, 

hər bir nəfəs, hər bir addım

diqqət etsən əziyyətsiz keçmiş olar.

Yaşat! Yaşat!

Sonsuzluğu yaşat mənə!

Yaddaşımda, yaddaşlarda oyadılan bir xatirə olmaq heç də asan deyil.

Köhnə tanış, hisslərimi oyatmayan ,

xatırlər diyarında kiçik dünya yaratmayan " köhnə tanış" nəyə gərək?

Anlat mənə kimə gərək?

- Düz deyirsən.

Sənə görə təsadüf, mənim üçün qismət olan anı görüş məndən başqa kimə lazım? 

Xəbərsizdir hər bir insan 

oyatdığı xatirələr diyarından,

tanımadığı varlığından,

kimlərinsə yaratdığı mənliyindən,

açıq qapı diyarlardan ,

o diyara süs-püs olan,

hər bir yeri aydınladan aynalardan xəbərsizdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir