Modern.az

Qubada 4 otaqlı ev yandı

Qubada 4 otaqlı ev yandı

19 Avqust 2017, 16:19

Qubanın Aşağı Atuc kəndində yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi