Modern.az

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

19 Avqust 2017, 20:36

İspaniya polisi Türkiyənin sorğusu əsasında türk əsilli Almaniya vətəndaşı olan yazıçını həbs edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, saxlanılan Doğan Axanlıdır. D.Axanlının vəkilinin məlumatına görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. O, polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.   

 Qeyd edək ki, yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.   60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir