Modern.az

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Aktual

19 Avqust 2017, 20:56

Ümumdünya Səhiyyə Təşkilatının və ayrı-ayrı səhiyyə qurumlarının statistikasına görə, əvvəlki dövrlərlə müqayisədə son illər kişilər arasında potensiya zəifliyi problemi sürətlə çoxalmaqdadır. Mütəxəssislər bu problemin yaranma səbəblərini və onların aradan qaldırılması yollarını göstərsələr də, statistikanı müsbət tərəfə dəyişmək hələ də mümkün olmayıb. Bunun özü də səbəbsiz deyil. Çünki cinsi zəiflik problemi ilə üzləşənlərin bir çoxu vaxtında həkimə müraciət etməkdən çəkinirlər.

Potensiya zəifliyinin aradan qaldırılması üçün xalq təbabətində də bir çox üsullar mövcuddur. Əsrlər boyu bu təbii vasitələrdən istifadə etməklə potensiya ilə bağlı problemi olan insanlar bu xoşagəlməz halla bir dəfəlik vidalaşıblar.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda cinsi zəifliyin aradan qaldırılmasının ən sadə üsulunu təqdim edir.

Bu təbii vasitəni hazırlamaq üçün cəmisi bir kiloqram sarımsaq və 3 litr qaynadılmış su lazımdır.

Sarımsaq xırda-xırda doğranılır, 3 litrlik şüşə balona yerləşdirilir və üzərinə dolana qədər qaynadılmış su əlavə edilir. Sonra ağzı kip bağlanılaraq 1 ay müddətində qaranlıq və sərin yerdə saxlanılır.

Bu müddət keçdikdən sonra hər gün bir çay qaşığı bir stəkan südlə birgə qəbul edilir. Balondakı qarışıq qurtarana qədər kursu davam etdirmək lazımdır. Qarışığın hər gün eyni vaxtda qəbul edilməsi tövsiyə olunur.

Hər istifadədən sonra balon qarışdırılmalıdır.

Tibet təbabətinin təqdim etdiyi bu resept cinsi zəifliyi aradan qaldırmaqla yanaşı orqanizmi bütövlükdə cavanlaşdırır, vaxtsız qocalmanın qarşısını alır.

Bu vasitədən təkcə potensiya zəifliyi zamanı deyil, həm də profilaktik vasitə kimi də istifadə etmək olar.

İntim həyatınızın parlaq və yaşdan asılı olmayaraq normal olmasını istəyirsinizsə bu sadə üsuldan siz də istifadə edin.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar