Modern.az

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

19 Avqust 2017, 22:10

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu çərçivəsində növbəti oyunlar keçirilib. Modern.az xəbər verir ki, həftənin ikinci matçında "Qarabağ" "İnter"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitdə keçən oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 89-cu dəqiqədə "Qarabağ"ın oyunçusu Əfran İsmayılov vurub.

Qeyd edək ki, II tura avqustun 20-də keçiriləcək "Kəpəz" - "Zirə" və "Qəbələ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir