Modern.az

Şahdağ Milli Parkında YANĞIN

Şahdağ Milli Parkında YANĞIN

20 Avqust 2017, 10:51

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

 

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub.

 

Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

 

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı