Modern.az

Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı

Nazir müavini barda ona “gey” deyən qadını döydü, işdən çıxarıldı

20 Avqust 2017, 11:18

Cənubi Afrika Resublikasının prezidenti Ceykob Zuma ali təhsil nazirinin müavini Mduduzi Manananı işdən azad edib.

 

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb avqustun əvvəllərində nazir müavininin Yohannesburq barlarından birinə qadını döyməsidir.

 

Bu insidentin səbəbi açıqlanmır, ancaq social şəbəkələrdə yazırlar ki, qadın nazir müavinini “gey” adlandırıb və bu səbəbdən döyülüb.

 

Nazir müavininin Mandizu Dumu adlı qadını necə döydüyünə dair social şəbəkələrdə videokadrlar yayılıb və bundan sonra qalmaqal başlayıb.

 

İnsidentlə bağlı hakimiyyət orqanları təhqiqat başladıb, ictimai təşkilatlar nazir müavininin işdən çıxarılmasını tələb ediblər.

 

Bundan sonra 33 yaşlı Manana qadından, onun ailəsindən və bütün xalqdan üzrə istəyib. “Açıq-aşkar təxribata baxmayaraq mən özümü təmkinli aparmalıydım”-o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir