Modern.az

Oğuzda ağır qəza:  3 ölü, 4 yaralı, Yenilənib

Oğuzda ağır qəza:  3 ölü, 4 yaralı, Yenilənib

Aktual

20 Avqust 2017, 23:14

Oğuzda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 20-i günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.  Şəki rayonu Aşağı Göynük kənd sakini, 1971-ci il təvəllüdlü Vəlyəddin Kamal oğlu Hünmətovun idarəetdiyi “Mersedes” markalı 48 BC 651 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz rayonu Kərimli kənd sakini 1990-cı il təvəllüdlü Cəmil Abdullayevin idarəetdiyi "Volkswagen Passat" markalı 62 BK 566 dövlət nömrə nişanlı avtomobill toqquşub. Ağır yol qəzasından sonra avtomobillərin birində sərnişin qismində olan, Qəbələ rayon sakini Müzəffər Mustafa oğlu Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz  MRX-a aparılıblar.

Oğuz MRX-dan verilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri olan 1964-cü il təvəllüdlü Məhsuma Sultan qızı Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman,  “Volkswagen Passat”-ın sürücüsü Cəmil Abdullayev, onun anası 1960-cı il təvəllüdlü Sədaqət Cəbrayıl qızı Abdullayeva, “Mersedes”in  sürücüsü Vəlyəddin Hünmətov və  Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan bildirilib ki,  Vəlyəddin Hünmətov və Şükür Ağamirzəyev  xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Cəmil Abdullayevin vəziyyəti yüngül olduğundan ona yardım göstərildikdən sonra evə buraxılıb. Məhsuma  Kahramanın müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Mahsumanın oğlu Murad Kahramanın və Sədaqət Abdullayevanın vəziyyətləri nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

 

19:10

 

 

Oğuzda ağır yol qəzası olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində hələki şəxsiyyəti məlum olmayan bir nəfər aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz  MRX-a aparılıblar.

Oğuz MRX-dan verilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri olan Məhsuma Qəhrəmanova, onun 13 yaşlı övladı Murad Qəhrəmanov, Oğuz rayon sakinləri 1960-cı il təvəllüdlü Sədaqət Abdullayeva, onun övladı 1990-cı il təvəllüdlü Cəmil Abdullayev, Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyev və Şəkinin Aşağı Göynük kənd sakini Ziyəddin adlı şəxs ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan bildirilib ki,  Ziyəddin və Şükür adlı iki yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Digər yaralıların müayinəsi davam etdirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir