Portuqaliyada vertolyot qəzası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan vertolyot meşə yanğınlarının söndürülməsində iştirak edib.
Ehtimal edilir ki, vertolyot yüksək gərginlikli məftillərə toxunub, sonra Vizeu dairəsinin Kaştru-Dayri qəsəbəsi ərazisində yerə enib. Vertolyotun bundan sonra yandığı bildirlir.
Hələlik ölənlər və xəsarət alanlar barədə barədə məlumat verilmir.
Modern.az