Modern.az

Cənubi Asiyada daşqınlar  700 can aldı

Cənubi Asiyada daşqınlar  700 can aldı

Aktual

20 Avqust 2017, 20:56

Cənubi Asiyada irimiqyaslı daşqın qurbanlarının sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlar nəticəsində azı 700 nəfər ölüb. Bir milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, təkcə son bir sutka ərzində 100-dək ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bir həftədən çox davam edən təbii fəlakət əsasən Banqladeş, Nepal, Hindistanın Assam, Bixar və Qərbi Benqalıya ştatlarını əhatə edib. Hazırda 900 min Hindistan və 300 min Banqladeş sakini müvəqqəti sığınacaqlarda məskunlaşıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı