Modern.az

Suriya müxalifəti sabah Əsədlə bağlı məsələni müzakirə edəcək

Suriya müxalifəti sabah Əsədlə bağlı məsələni müzakirə edəcək

20 Avqust 2017, 21:07

Suriya müxalifəti sabah Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə müxalifətinin Ər-riyad, Qahirə və Moskva platformalarının müzakirələri Ər-Riyadda baş tutacaq.

Qeyd edək ki, müxalifət 2011-ci ildən Əsədin istefasını tələb edirlər. Ər-riyad görüşü sentyabrda Jenevada baş tutacaq danışıqlar öncəsi müxalifətin ümumi fikrə gəlməsi məqsədi ilə keçirləcək.

Görüş iştirakçıları Əsədin gələcək prezidentliyinə öz münasibətini bəyan edəcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər