Modern.az

Qumar oynayarkən bıçaqlanan şəxs qəza törədib

Qumar oynayarkən bıçaqlanan şəxs qəza törədib

20 Avqust 2017, 23:32

Gəncədə baş verən hadisənin təfərrüatı məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb. Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.

Məlumat üçün bildirək ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov  mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib. Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı