Modern.az

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib

21 Avqust 2017, 12:57

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu davam edir.

Avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 (saat 12:30) uşağın sənədi məktəbə təqdim edilib.

 

BŞTİ-nin nəzdindəki ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

 

Valideynlər övladlarının sənədlərini sentyabrın 18-dək məktəbə təqdim etməlidirlər. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

 

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxs Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli üçün Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən iyulun 10-dək aparılıb. Müsabiqədə iştirak edən 1769 uşaqdan 1471-i uğur qazanıb.

 

BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə isə iyunun 6-dan 30-dək keçirilib. Müsabiqədə iştirak edən 483 uşaqdan 402-si lisey və gimnaziyaların I sinfinə qəbul olub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi