Modern.az

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

21 Avqust 2017, 14:20

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.

 

***

 

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulandı və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıldı.

 

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir