Modern.az

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü

21 Avqust 2017, 13:09

Avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?