Modern.az

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

21 Avqust 2017, 14:37

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankara və Tehranın PKK-ya qarşı birgə əməliyyat keçirəcəklərini elan edib.

 

Modern.az Türkioyə KİV-nə istinadən xəbər verir ki, İranın Baş Qərargah rəisi Məhəmməd Bakeri ilə görüşdən sonra mətbuat konfransı keçirən Ərdoğan ortaq əməliyyatların yaxın vaxtlarda başlayacağını vurğulayıb.

 

“İran və Türkiyə PKK-ya qarşı birgə mübarizə aparacaq. Baş Qərargah rəisləri bu məsələ ilə bağlı ortaq plan üzərində çalışırlar. PKK-nın İranda PJAK adlı qolu var. Onlar həm iranlılara, həm də bizə zərər vururlar2 – deyə prezident deyib.

 

Xatırladaq ki, 2015-ci ilin iyulunda PKK ilə atəşkəsin pozulmasından bəri Türkiyə tərəfi 900 hərbçi və 300 dinc sakin itirib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir