Modern.az

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

21 Avqust 2017, 15:59

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

 

Bu barədə Modern.az-a  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Oqtay Bayramov məlumat verib.

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

 

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir