Modern.az

Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb

Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb

Aktual

21 Avqust 2017, 18:58

Bakı-Qazax yolunda yük maşını aşıb. 

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə yolun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində qeydə alınıb.

 

İri tutumlu yük maşınının yoldan çıxaraq aşması nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alan şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır