Modern.az

Əqanıstanda partlayış törədilib

Əqanıstanda partlayış törədilib

21 Avqust 2017, 23:14

Əfqanıstanda partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə paytaxt Kabil hədəf alınıb.

Məlumata görə, partlayış siqnalizasiyanın işə düşməsinə səbəb olub. Hadisənin baş verdiyi ərazidə bir neçə ölkənin səfirliyi yerləşir. Partlayışdan əvvəl ABŞ-ın bu ölkədəki səfirliyinin raket atəşi xəbərdarlığı üçün istifadə etdiyi siqnalizasiya işə düşüb.

Qeyd edək ki, partlayış ABŞ prezidenti Donaald Trampın ABŞ-ın Əfqanıstandakı qoşunları barədə planlarını açıqlamaqla bağlı çıxışından bir neçə saat öncə törədilib. Dağıntı və tələfatla bağlı hələlik məlumat verilmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?